Vergilər Nazirliyindən KASSA qalığınin MİNİMUM limiti ilə bağlı suala CAVAB

Vergilər Nazirliyindən KASSA qalığınin MİNİMUM limiti ilə bağlı suala CAVAB

Sual: Pərakəndə satış zamanı kassada nağd pulun istifadəsi ilə hər hansı bir qanunvericilik tələbi var? Ümumiyyətlə, kassada 30.000 manatdan artıq pul yığılırsa bank hesabına qoyulma barədə tələb varmı?

Yusif Əhmədov Əlövsət, [email protected] (02.05.2018)

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən müvafiq qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatadək, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatadək hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda bildiririk ki, hal-hazırda qanunvericilikdə kassada mövcud olan nağd pul vəsaitinin bank hesabına qoyulmasına dair hər hansı tələb müəyyən olunmamışdır.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər