Əmək haqqından hesablanan güzəşt nə zaman tətbiq olunur: uşaq anadan olanda, yoxsa?..
Sual: Salam. Belə bir sualım var. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olan ər və ya arvaddan birinə gəlir vergisi üzrə 50 manat güzəşt olunduğu məlumdur. Bunun üçün fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu aydan başlayaraq azaldılır.
Digər maddədə isə bildirilir ki, əmək haqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Bilmək istədiyim odur ki, məsələn, uşaq avqust ayının 31-də anadan olubsa, avqust ayının vergii tutulan gəliridəmi 50 manat azaldılır, yoxsa bu güzəşt növbəti, yəni sənədlərin təqdim ediliyi sentyabr ayındanmı tətbiq olunmalıdır?
Zaur Qədirli
Cavab: Hörmətli oxucu, sualın cavabını artıq özünüz vermisiniz. Bir daha müvafqi maddəyə nəzər yetirək:
102.8. Əmək haqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Maddədən aydın olur ki, güzəşt uşagın anadan olduğu an yox, sənədlərin təqdim olunduğu tarixdən yaranır. Avqust ayında anadan olsa belə, sənədlər sentyabr və ya oktyabr, yaxud növbəti aylarda təqdim olunubsa, məhz həmin tarixdən başlayaraq güzəşt tətbiq olunur. Sizin sualınızda sentyabr ayından güzəşt tətbiq olunacaq.
2 Komment
Zaur Qədirli 02 May 2018
Hörmətli ekspert, İlk olaraq cavabınız üçün təşəkür edirəm. Əslində mənə qaranlıq qalan məsələ maddə 102.5 də göstərilən uşağın doğulduğu ... aydan azaldılır cümləsidir. Bunu mən belə anlayıram ki, bəli işçinim hüquqi maddə 102.8də deyildiyi kimi sənədlərin təqdim edildiyi andan yaranır, amma hesablama təqdim olunan sənədlərdə göstərilən doğum tarixilə hesanlanır.belə deyilsə onda 102.5dəki o cümlə nəyi nəzərdə tutur? Bu bir növ Əmık Məcəlləsində yeni işçinin məzuniyyətdən istifadə hüququ 6 aydan sonra yaranır göstərilsə də, onun məziniyyət günləri əslində işə alındığı tarixdən etibarən hesablanır misalına bənzəyir. Ümid edirəm fikrimi izah edə bildim. Xahiş edirəm buna aydınlıq gətirəsiniz. Təşəkkürlər!

Şərh yazın