Vergilər Nazirliyinə ƏDV-lə bağlı maraqlı sual
Sual: ƏDV ödəyicisi olan hüquqi şəxs kreditlə mobil telefonları satır. ƏDV öhdəliyi nə vaxt tanınmalıdır? Məsələn, mobil telefon 12 aylıq kreditlə satılır.
Tofiq Bəhramov, [email protected], Bakı (02.05.2018)
Cavab: Bildiririk ki, kreditlə təqdim edilmiş mallara görə elektron vergi hesab-fakturası 5 gün ərzində verildikdə, lakin həmin elektron vergi hesab-faktura üzrə ödəmə 30 gün müddətində həyata keçirilmədikdə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt elektron vergi hesab-fakturanın verildiyi vaxt, elektron vergi hesab-fakturası 5 gün ərzində verilmədikdə və ödəmə 30 gün müddətində həyata keçirilmədikdə isə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt həmin malların göndərildiyi və ya təqdim edildiyi vaxt sayılır.
Eyni zamanda bildiririk ki, hüquqi şəxs tərəfindən mallar (iş və xidmətlər) fərdi sahibkarlara və ya hüquqi şəxslərə təqdim edildikdə elektron qaimə-faktura verilməlidir.
Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci və 166.1-ci maddələri.
0 Komment
Şərh yazın