Hansı halda elektron-qaimə faktura olmazsa, xərci gəlirdən çıxılana aid etmək olar?

Hansı halda elektron-qaimə faktura olmazsa, xərci gəlirdən çıxılana aid etmək olar?

Sual: Xidməti müqavilə bağlanarkən xidmət göstərən qarşı tərəfə e-qaimə göndərməzsə xidmət göstərənə ödənilən məbləğ gəlirdən tutulan xərclərə aid edilə bilərmi?

Nailə Eyvazova Binnət, [email protected] (02.05.2018) 

Cavab: Bildiririk ki, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.

Bununla belə qeyd olunmalıdır ki, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədi xərc sənədi kimi nəzərə ala bilər.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8.2-ci, 71-1-ci və 109.8-ci maddələri, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər