Ödəniş üsuli ilə qeyri-adi vəziyyəti dair sual
Sual: Bir şirkətə hesab-faktura yazılır. Lakin şirkətin həmin hesabında pul olmadığı üçün başqa hesabdan ödəniş edilir. Bu zaman hesab-faktura yazan şirkət üçün hər hansı qanunauyğunsuzluq yaranırmı?
Anar Abidov Elxan, [email protected], Qəbələ (27.04.2018)
Cavab: Bildiririk ki, vergi ödəyicisinin bir hesabının əvəzinə ona məxsus digər hesabdan ödənişin aparılması vergi qanunvericiliyi baxımından qanunauyğunsuzluq yaratmır.
Bununla belə, sənədləşdirmənin hansı qaydada aparılması ilə əlaqədar aidiyyəti üzrə səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Bax: Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.
0 Komment
Şərh yazın