Vergilər Nazirliyinə xarici ezamiyyə ilə bağlı maraqlı sual
Sual: Salam. İşçi xarici ölkəyə ezamiyyə zamanı işəgötürənin razılığı ilə (əmək məzuniyyəti, icazə və s. formada) ya həmin ölkəyə tez gedir və ya gec qayıdır. Bu zaman işçinin tez getdiyi və ya artıq qaldığı müddətlər ezamiyyə müddətinə daxil edilmirsə və həmin günlərə görə heç bir ezamiyyə xərci ödənilmirsə, tez getmə və ya gec qayıtma biletlərinin əvəzinin ödənilməsi gəlir vergisindən azaddırmı?
Müşfiq Əmircanov, [email protected], Bakı (27.04.2018)
Cavab: Bildiririk ki, işçiyə ezamiyyədə olduğu müddət üçün qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır.
Sorğunuzda qeyd edilən halda təsdiq edici sənədlər əsasında ezamiyyə ilə bağlı cəkilmiş nəqliyyat xərcləri fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirinə daxil edilmir.
Bax: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.
0 Komment
Şərh yazın