Vergilər Nazirliyinə pul vəsaiti ilə bağlı MARAQLI SUAL
Sual: Salam. Pul vəsaiti daşınar əmlak sayılırmı və iki şəxs bir-birinə şəxsi pul vəsaitini bağışlaması VM-nin 102.17 maddəsinə əsasən vergidən azad olunurmu? Xaricdə işləyən həmvətənlərimizin həm öz ailə üzvləri, həm də tanışları adına ödəmə sistemləri ilə pul göndərdikdə vergitutma halı mövcuddurmu?
Elnur Məmmədov, [email protected], Bakı (24.04.2018) (Oxunub: 53 dəfə, Orta qiymət: 1, ID: 16925)
Cavab: Bildiririk ki, bir şəxsin digər şəxsə pul vəsaitinin özgəninkiləşdirilməsi vergitutma məqsədləri üçün hədiyyə anlamını verməklə Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində nəzərdə tutulan qaydada vergiyə cəlb olunur.
Bax: Vergi Məcəlləsinin 13.2.21-ci, 102.1.3-cü və 102.1.7-ci maddələri.
0 Komment
Şərh yazın