Əmək haqqından gəlir vergisinin hesablanması ilə bağlı misallı cavab
Sual: Mənim yoldaşıma iş təklifi gəlib. Aylıq əmək haqqı 3.000 manat. Yoldaşım müharibə veteranıdır. Bilmək istəyirdim ki, ona gəlir vergisi necə hesablanacaq?
Mustafayeva Nəzakət Firudin qızı, [email protected], Sumqayıt şəhəri
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən muzdla işləyən və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, müvafiq dövlət orqanlarının arayışları) biri təqdim edildiyi halda, həmin şəxsin hesablanmış 3.000 manat əmək haqqından güzəştin məbləği (400 manat) çıxılır və yerdə qalan məbləğin 2.500 manatdan artıq olan hissəsindən (3.000-400-2.500) 25 faiz dərəcə ilə vergi hesablanır, 2.500 manatdan hesablanmış 350 manat vergi isə (2.500*14%) cəmlənir. Bu halda müvafiq olaraq fiziki şəxsdən hesablanaraq tutulmalı olan gəlir vergisinin məbləği müharibə veteranı üçün 350+25=375 manat təşkil edəcəkdir.
Bax: Vergi Məcəlləsinin 101.1-ci, 102.2.7-ci və 102.8-ci maddələri , Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.7-ci bəndi.
1 Komment
İlham Əzimov 15 Fevral 2022
2700 manata 200 manat güzəşt aid edilirmi? Xahiş edirəm aydınlıq gətirəsiniz.
Şərh yazın