Vergilər Nazirliyinə vergi ödəyicisindən maraqlı təklif

Vergilər Nazirliyinə vergi ödəyicisindən maraqlı təklif

Sual: Mən Razində icarəyə yer götürmək istəyirəm. Telefon aksessuarlarının satışı. 5 kvadrata yaxın yerdir. Mən 1 ay işləyib baxmaq istəyirəm ki, satış var ya yox. Əgər satış varsa, 2-ci aydan vergi ödəməyə başlayacağam, nə lazımdırsa bilmirəm. Yəni vergi hansısa vaxt verirmi ki, mən yoxlayım satışımı?

Rəşad İsayev İsa, [email protected] (20.04.2018) 

Cavab: Bildiririk ki, vergi qanunvericiliyində sorğunuzda qeyd olunan şəkildə vergi öhdəliyinin yerinə yetirilməsindən müddətli güzəştin verilməsi nəzərdə tutulmamışdır.

Bununla belə nəzərinizə çatdırırıq ki, hər hansı bir vergi tutulan dövr üzrə (sadələşdirilmiş vergi ödəyicisi üçün bu rübdür, gəlir vergisinin ödəyicisi üçün – təqvim ili, ƏDV ödəyicisi üçün isə - təqvim ayıdır) dövriyyəniz olmadıqda və vergi öhdəliyiniz yaranmadıqda, tərəfinizdən hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına “Vergi öhdəliyinin yaranmaması barədə Arayış” təqdim edilməklə büdcəyə vergi ödənilməyə bilər.

Bax: Vergi Məcəlləsinin 16.2-ci və 77-ci maddələri.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər