Sadələşdirilmiş vergi ilə 2 AKTUAL sualın cavabı

Sadələşdirilmiş vergi ilə 2 AKTUAL sualın cavabı

Sual: Salam. Sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar ƏDV ödəyicisindən mal (iş, xidmət) alır. Satıcı tərəfin göndərdiyi e-qaiməyə əsasən əsas məbləğ və ƏDV bir yerdə satıcının bank hesabına ödənilir. Sualım budur ki,  
1. Sadələşdirilmiş vergi ödəyicisi olan alıcı e-qaimədən əlavə satıcıdan VHF tələb etməlidirmi və VHF olmamasına görə maliyyə sanksiyası tətbiq olunurmu?
2. Sadələşdirilmiş vergi ödəyicisi ƏDV-ni qarşı tərəfin depozit hesabına deyil, bank hesabına ödəyə bilər?
Ramil, [email protected], Xırdalan şəhəri (17.04.2018) (Oxunub: 57 dəfə, Orta qiymət: 5, ID: 16899)

Cavab: Bildiririk ki, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Bu baxımdan da sorğunuzda qeyd olunan halda ƏDV ödəyicisi tərəfindən elektron vergi hesab-fakturasının verilməsi qanunvericilikə istisna olunmur.

Bununla belə, sadələşdirilmiş vergi ödəyicisində elektron qaimə-faktura olduqda elektron vergi hesab-fakturasının olmaması maliyyə sanksiyasının tətbiqini istisna edir.

Bax: Vergi Məcəlləsinin 58.8-ci və 176-cı maddələri.

2. Cavab: Bildiririk ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir, əks halda tələbə riayət etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq olunur.

Digər vergi ödəyiciləri, o cümlədən də sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV məbləğinin mütləq qaydada ƏDV depozit hesabına ödənilməsi tələbi mövcuq qanunvericilikdə nəzərdə tutulmur.

Bununla belə, fəaliyyətin şəffaflığının təmin edilməsi məqsədi ilə elektron vergi hesab-fakturası ilə əldə edilmiş malların dəyərini ödəyərkən ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməsi tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-ci, 175.1-ci və 175.8-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər