Vergilər Nazirliyindən Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin izahı

Vergilər Nazirliyindən Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin izahı

Sual: Salam. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsini tam başa düşə bilmirəm. Əntiq əşyaların təqdim edilməsi vergidən azaddır yoxsa vergiyə cəlb olunur? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Orxan Məmmədli Hümbət, [email protected], Bakı (17.04.2018) 

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir gəlir vergisindən azad edilir.

Maddənin mətnindən göründüyü kimi, ümumən daşınan maddi əmlakın təqdim edilməsi gəlir vergisindən azad edilsə də, belə əmlakın bəzi növlərinin, o cümlədən də əntiq əşyaların təqdim olunması bü güzəştlə əhatə olunmur  və bu əmlakdan əldə olunan gəlir gəlir vergisinə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər