Mənfəət vergisi bəyannaməsi ilə bağlı misalla maraqlı sual
Vergilər Nazirliyi sualın cavabı üçün ... vaxt istədi
Sual: Sualım bina tikintisi ilə məşğul olan şəxs barəsindədir. Əgər şirkət ƏDV ödəyicisi olmağı seçirsə bu halda avtomatik mənfəət vergisi ödəyicisi olur. Burada 138-ci maddənin müddəaları tətbiq olunduğu barədə məlumat aldıq və belə başa düşürəm ki, tikintiyə başlamazdan əvvəl müəyyən olunan gəlir və xərc əsasında hər ilə düşən gəlir müəyyən olunur və mənfəət bəyannaməsində əks olunur. Yəni proqnoz gəlir 10,000 AZN, proqnoz xərc 5,000 AZN, faktiki 2018-ci ildə olan xərc 2,000 AZN olarsa, bu halda mənfəət bəyannaməsində əks olunmalı gəlir məbləği = 2,000 / 5,000 * 100% * 10,000 = 4,000 AZN gəlir və beləliklə 2,000 AZN mənfəət (4,000 - 2,000) olacaqdır? Bu halda əgər faktiki satışım yuxarıdakı hesablama üzrə alınan rəqəm olan 4,000 AZN deyil 3,000 AZN (yəni daha az, və ya əksinə daha çox da ola bilər) olarsa bu halda nə etməli və mənfəət bəyannaməsində necə əks etdirməliyik?
Nasib, [email protected], Bakı (12.04.2018)
Cavab: Bildiririk ki, sorğunuzun qeyd edilən məsələnin əlavə araşdırılmasına zərurət yarandığından Vergilər Nazirliyinin aidiyyəti struktur vahidinə müraciət edilmişdir. Araşdırmanın nəticəsi barədə yaxın zamanda Sizə məlumat veriləcəkdir.
0 Komment
Şərh yazın