Xarici şirkətin xərcləri neçə rəsmiləşdirilir
Sual: Xarici şirkət yerli sifarişçilə xidmətlərin göstərilməsi üçun müqavilə bağlayır və fəaliyyəti həyata keçirmək üçün Azərbaycan Respublikasında filial təsis edir. Sifarişçi müqavilə üzrə göstərilən xidmətin tam dəyərini filiala ödəyir. Sifarişçiyə göstərilən xidmətlə bağlı xərclərinin bir qismini (Azərbaycana gələn xarici ekspertlərin əmək haqqı, gəlmə, otel, yol ) baş ofis ödəyib və filiala müvafiq təsdiqedici sənədlər təqdim edib. Sual: baş ofisin çəkdiyi xərcləri filial ödədiyi halda öz xərcinə aid edə bilərmi?
Veysəlov Məhəmməd Gümrah, 04.04.2018
Cavab: Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialı mənfəət vergisinin ödəyicisidir və sifarişçi rezident müəssisə tərəfindən filiala ödənilən xidmət haqqı məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Bunlarla yanaşı, müraciətdə qeyd edilən əməliyyatların xarakteri tam açıqlanmaqla bu əməliyyatlar üzrə müvafiq təsdiqedici sənədlər, o cümlədən tərəflər arasında bağlanmış müqavilə və digər zəruri məlumatlar təqdim edildiyi halda sorğuda qaldırılan məsələyə münasibət bildiriləcəkdir.
Bax: Vergi Məcəlləsinin 104.1-ci maddəsi.
0 Komment
Şərh yazın