Amortizasiya ilə bağlı maraqlı sual

Amortizasiya ilə bağlı maraqlı sual

Sual: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsi ilə amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər müəyyən edilmişdir. Sualım aşağıdakı kimidir: 
- Maddə 114.3.2-1-də nəzərdə tutulan yüksək texnologiyalar məhsulu olan hesablama texnikası dedikdə nə nəzərdə tutulur və hansı normativ akta əsasən həmin anlayışın şərhi verilir?

Tural Mustafayev Mahir, [email protected], Şəki (04.04.2018)

Cavab: Bildiririk ki, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə illik amortizasiya ayırmalarının norması 25 faizədək təşkil edir.

Yüksək texnologiya məhsulu olan hesablama texnikası və  yüksək texnologiya məhsulu olan avadanlıqların siyahısı barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 114.3.2-1-ci maddəsi.

 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər