Vergilər Nazirliyinə əmək məzuniyyəti ilə bağlı MARAQLI SUAL
Sual:İşçiyə mart ayının 27-dək aylıq əmək haqqı ilə birlikdə 30 günlük məzuniyyət haqqı ödənilib və işçi növbəti əmək məzuniyyətinə gedib. Bu zaman işçinin aylıq gəliri və məzuniyyət haqqından gəlir vergisi necə tutulmalıdır?
Kamran Abdullayev, [email protected] (31.03.2018)
Cavab: Bildiririk ki, işçiyə verilən əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə cəlb edilir.
Bundan başqa, fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat (2018-ci il üzrə) gəlir vergisi hesablanarkən çıxılır.
Belə ki, işçinin əmək kitabçasının olduğu əsas iş yerində aylıq əmək haqqı 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat (2018-ci il üzrə) məğləğində güzəşt nəzərə alınmaqla ona mart ayında iş günlərinə görə hesablanmış əmək haqqı və həmin aya düşən günlərə görə hesablanan məzuniyyət haqqı cəməlnməklə ayrılıqda, aprel ayına düşən günlərə görə hesablanan məzuniyyət haqqı və həmin ayda iş günlərinə görə hesablanacaq əmək haqqı cəmlənməklə ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanaraq tutulmalıdır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci və 102.1.6-cı maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayışminimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli, Əmək Məcəlləsinin 105-1-ci və 140-cı maddələri.
0 Komment
Şərh yazın