Xarici şəxsə ödəmədən hansı halda ƏDV hesablanmır?

Xarici şəxsə ödəmədən hansı halda ƏDV hesablanmır?

Sual: Bizim şirkət xaricdən avtonəqliyyat vasitəsi ilə mal gətizdirir. Malları gətirən sürücülər xarici vətəndaşlardı. Onlara malları boşaltdıqdan sonra nağd şəkildə nəqliyyat xərci ödənilir. Xahiş edirəm deyəsiniz, nəqliyyat xərci ödənilərkən vergi öhdəliyi yaranırmı?
E.Əliyev, [email protected] (27.03.2018)


Cavab: Bildiririk ki, yükdaşıyıcı kimi nəqliyyat xidmətini həyata keçirən qeyri-rezidnet şəxsə ödənilən məbləğ 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur, ƏDV öhdəliyi isə yaranmır.
Məlumat üçün nəzərinizə çatdırırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatadək, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatadək hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.16-cı, 125.1.4-cü və 165-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər