Vergilər Nazirliyinə İRAD: "Bəyannamə SƏHVDİR"

Vergilər Nazirliyinə İRAD: "Bəyannamə SƏHVDİR"

Sual: Məlumat üçün Sizin nəzərinizə çatdırıram ki, qüvvədə olan mənfəət vergisi bəyannaməsi səhvdir. Bu səbəbdəndə vergi ödəyiciləri məcburən həmin bəyannaməni dolduran zaman qanunu pozmağa məcbur olurlar. Belə ki, belə bir misal, 10 il bundan qabaq istehsal etdiyim məhsulu cari ildə satanda onun tərkibində olan xərcləri mənfəət vergisi bəyannaməsinin xərc maddələrinə necə bölüşdürməliyəm?
İlham Ələkbər Mustafayev, [email protected], Bakı (05.03.2018) 
Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.
Tətbiq edilən uçot metodundan (hesablama və ya kassa) asılı olaraq gəlirlərin və xərclərin onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilərək bəyannamədə əks etdirilməlidir.
 
Eyni zamanda bildiririk ki, çəkilmiş xərclər “Mənfəət vergisinin bəyannaməsi”nin 2-ci hissəsinin (Hesabat dövründə gəlirin əldə edilməsi ilə bağlı xərclər) müvafiq sətirlərində əks etdirilir. Mənfəət vergisinin bəyannaməsinin doldurulma qaydasi ilə saytımızın “Bəyannamə” bölməsində tanış ola bilərsiniz.
 
Bununla belə, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təklifləri varsa aidiyyəti üzrə saytımızın “Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi barədə təkliflərinizi bizə yaza bilərsiniz” rubrikasına göndərə bilərsiniz.
 
Bax: Vergi Məcəlləsinin 130-136-cı maddələri, Vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi Qaydası”.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər