Xarici ödəmələrin VERGİ öhdəliyi bağlı maraqlı sual

Xarici ödəmələrin VERGİ öhdəliyi bağlı maraqlı sual

Sual: Müəssisəmiz mehmanxana xidmətləri göstərir. Aramızda bağlanılmış müqavilələrə əsasən onlayn rezervasiya xidmətlərinə görə onlayn saytlara (o cümlədən Booking.com, Expedia. com kimi saytlara ) aylıq olaraq xarici valyutalar ilə ödənişlər etməkdəyik. Sualım belədir: bu kimi ödənişlər edilərkən, vergi öhdəliyimiz varmı? Varsa hansı vergilər?
Elxan Behbudov, [email protected], Bakı (06.03.2018) 
Cavab:  Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.
 
Eyni zamanda sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkəsi vasitəsi ilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşdiyinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.
 
Qeyd edilənlərə əsasən qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.
 
Bax: Vergi Məcəlləsinin 125.1.5-ci,150-ci, 159.2-ci və 168.1.5-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər