Gəlirdən çıxılan xərclə bağlı MARAQLI SUAL

Gəlirdən çıxılan xərclə bağlı MARAQLI SUAL

Sual: Göndərilmiş VHF-ya əsasən, məsələn Azercell danışıq haqqının ödənişini müəssisə bankla deyil, terminalla ödəmişdir. Məlumdur ki, bankla ödənilməyən həmin məbləği əvəzləşdirə bilmərik. Sualım ondan ibarətdir ki, bəs bu cür müəssisənin çəkdiyi xərcləri gəlirdən çıxa bilərikmi və mənfəət vergisinin bəyannaməsində göstərə bilərikmi? Əvvəlcədən təşəkkürlər
Bildiririk ki, NKA çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Sultan Ömərov Möhübbət, [email protected], Sumqayıt (12.03.2018) 
Cavab:  Göründüyü kimi, Vergi Məcəlləsinin 109.8-ci maddəsinin müddəaları yalnız malların alışına münasibətdə tətbiq edilir, iş və xidmətlərə münasibətdə məhdudlaşdırma aparılmır.
Eyni zamanda xatırladırıq ki, müəssisə tərəfindən yalnız gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər gəlirdən çıxıla bilər.
 
Bax: Vergi Məcəlləsinin 108-ci və 109.8-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər