Fiziki şəxsin vergi öhdəliyi ilə bağlı 2 Aktual sualın CAVABI

Fiziki şəxsin vergi öhdəliyi ilə bağlı 2 Aktual sualın CAVABI

Sual: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs xidmət müqaviləsi üzrə müqavilə dəyərini müvafiq hesabat dövründə bəyan etmiş, vergisini ödəmişdir. 
1. Fiziki şəxsin bu müqavilə üzrə əldə etdiyi hasilatı tam olaraq öz şəxsi məqsədləri üçün xərcləməsi nəticəsində hər hansı digər vergi öhdəliyi yaranırmı? 
2. Bu halda hasilat nağdsız əldə edilmişsə, nağd istifadə etməkdə nə kimi məhdudiyyətlər var? 
Rəşad Məmmədov, [email protected], Bakı (17.03.2018) 
 
Cavab: Bildiririk ki, fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq qaydada rəsmiləşdirmə apardıqdan sonra nağd pul vəsaitlərini şəxsi istehlak məqsədləri üçün istifadə edə bilər.
 
Onu da bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunla maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları üzrə xərclənən nağd pul vəsaitlərinin hədləri müəyyənləşdirilir və bu məqsədə müəyyən olunan həddən artıq vəsaitin xərclənməsi maliyyə sanksiyasının tətbiqinə əsas verir.
 
Bax: "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər