VERGİLƏR NAZİRLİYİNƏ Gəlirdən çıxılan xərclərlə bağlı MARAQLI SUAL

VERGİLƏR NAZİRLİYİNƏ Gəlirdən çıxılan xərclərlə bağlı MARAQLI SUAL

Xahiş edirəm bildirəsiniz yanacaq xərclərimi, avtomobilin sığortasını şirkətin hesabından ödəyə bilərəmmi və belə xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi? 
 
Sual: Mən şirkət direktoruyam. Şirkətin işlərimi görmək üçun öz şəxsi minik avtomobilimdən istifadə edirəm. 
1. Xahiş edirəm bildirəsiniz yanacaq xərclərimi, avtomobilin sığortasını şirkətin hesabından ödəyə bilərəmmi və belə xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi? 
2. Belə xərclərin gəlirdən çıxılan xərclərə aid olunması üçün əlavə nə tələb olunur? Əvvəlcədən təşəkkür edirəm. 
Yavər Həsənxani, [email protected] 
Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.
Sorğunzuda qeyd edilən halda avtomobil hüquqi şəxsin öz mülkiyyətində və ya istifadəsində (məsələn, icarə müqaviləsi əsasında) olduğu halda ondan gəlirin əldə edilməsi prosesində istifadə edilməsi ilə əlaqədar çəkilmiş yanacaq xərcləri və gəlirin əldə edilməsi prosesində istifadə edilən avtonəqliyyat vasitəsinin sığortalanmasına dair xərclər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilərək müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxıla bilər.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər