Taksi fəaliyyəti ilə məşğul hansı məbləğdə VERGİ və SOSİAL AYIRMA ödəməlidir?

Taksi fəaliyyəti ilə məşğul hansı məbləğdə VERGİ və SOSİAL AYIRMA ödəməlidir?

Vergilər Nazirliyi həmçinin taksi fəaliyyətinin hesabatlılıq məsələsinə də aydınlıq gətirdi
 
Sual: Sadələşmiş vergi ödəyicisi olaraq müqavilə əsasında şəxsi avtomobili ilə gündəlik sərnişin daşıma xidməti göstərən şəxs elektron qaimə təqdim etməlidirmi? Bakı şəhərində bu şəxs hansı məbləğlərdə vergi və sığorta ayırmalarını ödəməlidir? Bu şəxs vergi orqanına bəyannamə verməlidirmi?
Nadir Cabbarov Adil, [email protected], Bakı (13.02.2018) 
Cavab: Bildiririk ki, tərəfinizdən vergi orqanlarında qeydiyyatda olmayan vətəndaşlara taski xidməti göstəriləkən elektron qaimə-fakturanın təqdim edilməsi tələb olunmur. Lakin vergi ödəyicisi olaraq taksi xidmətini müqavilə əsasında digər vergi ödəyicilərinə, o cümlədən hüquqi şəxslərə və fərdi sahibkarlara göstərdiyiniz halda müvafiq elektron qaimə-faktura tərtib edilərək təqdim edilməlidir.
 
Taksi ilə sərnişin daşımasını Bakı şəhərində həyata keçirən fiziki şəxsin təqvim ayında ödəməli olduğu sadələşdirilmiş vergi məbləği 18 manat təşkil edir.
 
Eyni zamanda avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
 
Sosial sığorta ödənişləri ilə bağlı isə bildiririk ki, Bakı şəhərində taksi ilə sərnişin daşıma xidməti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (130 manat) 20 faizi məbləğində, yəni 26 manat (130*20%) məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
 
Məcburi dövlət sosial sığorta ödənişləri barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinizi tövsiyə edirik.
 
Bax: Vergi Məcəlləsinin 71-1-ci, 220-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununu, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Przezidentinin 21 yanvar 2017-ci il 2608 nömrəli Sərəncamı.

12 Komment

  1. Nəsiman 04 Aprel 2019

    Salam mən bilmək istəyirəmki hansi ay taxi fəaliyyəti gostəririksə o ay 18 azn vergiyə 26 sosyala odəməliyikdə?isləmədiyimiz ay ucun odənis etməliyik yoxsa necə isləmədiyimiz ayda voen aciqdirsa bu biz borc kimi yazilir yoxsa necə?

  2. Nazim 29 Mart 2020

    Salam. Man bilmak istayiramki korona virusla alagadar evda galırıg ödaniş etmadim bu bir borc kimi galırmı?

  3. Nazim zulfiqarov 19 İyun 2020

    Salam men taksi failyetiyle meshqul olmaq isteyirem amma telefonla kart vaistesi ile vergini tarifde odemeliyem

  4. Rufat 26 İyun 2020

    Salam istiyirem taksiye qosulum. Hara muraciyyet etmeliyem. İlk defedir muraciyyet edecem taksi ile alaqedar. ne senedler ve hara gedmeliyemki iwdiye bilib takside

  5. Humbet 05 İyul 2020

    Salam men rayonlararasi taksi fealiyyeti ile mesgul olmaq isdiyirem. Bilmek isdiyirem ki men her ay ne qeder vergi odemeliyem.

  6. Vasif 07 İyul 2020

    Salam Men Taksi fəaliyyətinə başlamaq istəyirəm. MƏNİM tam halda nə qədər xercim çıxacaq.

  7. Sarxan 10 İyul 2020

    Salam.men taksi fealiyyeti ile.mesqyl olmaq isteyirem asan imza nomre almisam voen almisam ferqlenme ve vergi barede melumat isteyirdim. Birde portala dusmek ucun ne etmek lazjmdi

  8. Elsen 15 İyul 2020

    Salam men taksi fealiyeti gosterirem Adam imzam var icaze portalinnan kece bilmirem.xais edirem Mene komek edesiz

  9. Taleh 19 Avqust 2020

    Fərdi taksinin aylıq dövlət rüsumu

  10. Ehmed. 05 Aprel 2021

    Salam. Men taksi fealiyyeti ile meshgu olmag isteyirem ve menden teleb olunan senedlerden biride voindir. Deyek ki men voin acdim. Onun hesabatini nece ve harada odeye bilerem? Yani rubluk 18 azn ya ayliq 18 azndi? Ve bele olan harda yer rub uzre odenishlerimi ve hesabatini harada ede bilerem? Zehmet olmasa komeklik gosterrsiniz

  11. Orxan 07 Sentyabr 2021

    Salam.men taksi fealiyyetine gore voen acdirmiwam.4aydi voen aktifdi.men 4aya ne qeder vergi odemeliyem.rubluk 18azndi yoxsa ayliq? Hara odemeliyem

  12. Abbas 20 Mart 2022

    Salam, men rayonda taksi xidmeti qurmaq isteyirem proqram teminatim var ama qanun cercivesinde isci goturmek isteyirem, bununla bagli nece muqavile baglaya bilerem ?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər