Fiziki şəxs təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

Fiziki şəxs təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı dövrdə təsərrüfatda istifadə etmək üçün aldığı alətləri öz balansında necə göstərə bilər? 

Cavab: Vergi Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Yuxarıda göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitləri onun balansında uçota alınır və həmin əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, vergi ödəyicisi tərəfindən onun vergi orqanında uçotda olmadığı dövrdə aldığı malların balansda uçota alınması ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu maddəsi

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Xəbərlər