Vətəndaşdan alış aktı olmadan əldə edilən nəqliyyat vasitəsini balansda qeyd etmək olar?

Sual: Şirkət fiziki şəxsdən müqavilə ilə nəqliyyat vasitəsi alıb. Nəqliyyat vasitəsinin dəyəri bağlanmış müqavilə əsasında notariusun depozit hesabı vasitəsilə fiziki şəxsə ödənilib. Nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi ilə balansa alınıb və ona amortizasiya hesablanıb, lakin alış aktı tərtib edilməyib. Alış aktı olmadan nəqliyyat vasitəsini balansa almaq olarmı, əgər balansa alınıbsa, ona hesablanmış amortizasiya xərci düzgündürmü? 
Cavab:  Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan mallara dair Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktları olmadıqda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Eyni zamanda, vergi ödəyicilərinin balansında olan əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının hesablanması və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər Vergi Məcəlləsinin 114-cü maddəsi ilə tənzimlənir.

Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda, rəsmi dövlət reyestri aparılan nəqliyyat vasitəsinin mülkiyyət hüququ hüquqi şəxsin adına rəsmiləşdirilibsə, malların alış aktının tərtib edilməməsinə görə maliyyə sanksiyası tətbiq edilmir və həmin əsas vəsait üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada amortizasiya ayırmaları hesablanır.

Əlavə olaraq bildiririk ki, tərəfinizdən aparılan əməliyyatla bağlı nəqliyyat vasitəsinin növü, rəsmiləşdirmə dəyəri, mülkiyyətə keçib-keçməməsi və digər mahiyyəti üzrə məlumatlar sorğuda qeyd olunmadığından, işin faktiki halları barədə məlumatlar və təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 58-ci, və 114-cü maddələri

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub (satışı bitib)

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  (satışı bitib)

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 (satışı bitib)

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023 (satışı bitib)

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023 

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023 (satışı bitib)

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022  (satışı bitib)

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər