Proqram təminatl ilə bağlı xidmət göstərən şəxs çay evi açarsa vergi öhdəliyi necə tənzimlənəcək?

Dövlət Vergi Xidməti suala cavab verir

Sual: Fərdi sahibkar proqram təminatı ilə bağlı xidmət göstərir və gəlir vergisi ödəyicisidir. İndi isə əlavə fəaliyyətlə məşğul olmaq istəyir. Çay evi açır. İcarə müqaviləsi bağlanıb, obyektin kodu alınıb və kassa aparatı quraşdırılıb. İndi bu vergi ödəyicisi əlavə fəaliyyət üzrə 2% sadələşdirilmiş vergi ödəməlidir, yoxsa gəlir vergisi ödəyicisi kimi qalacaq? Bu məsələlər necə tənzimlənir və o, hansı hesabatları verməlidir?

Cavab:  Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Həm ictimai iaşə, həm də proqram təminatı xidməti göstərən şəxslərin proqram təminatı xidməti üzrə əldə etdikləri gəlirlərinə gəlir vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Buna əsasən, vergi ödəyicisi hər iki fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və əldə olunan gəlirlərindən bu gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarının təşkilində iştirak edən şəxs istisna olmaqla, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102-ci, 155-ci, 218-ci, 219-cu və 221-ci maddələri

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər