Kassa metodu zamanı 3 illik icarə ödənişi öncədən olarsa, gəlirin tanınması necə olmalıdır?

Kassa metodu zamanı 3 illik icarə ödənişi öncədən olarsa, gəlirin tanınması necə olmalıdır?

Dövlət Vergi Xidməti suala cavab verir

Sual: Kassa metodu ilə işləyən vergi ödəyicisi 3 illik icarə müqaviləsi bağlayıb və 3 illik icarə haqqın öncədən (məsələn) 2023-cü ildə əldə edib. Bəzən bu tipli sual olanda bildirirlər ki, bəli 3 illik icarə haqqın 2023-cü ildə hamısın gəlirə daxil etməlisən. Mənim fikrimcə əldə etdiyim 3 illik icarə gəlirinin yalnız bu ilə düşən hissəsin vergiyə cəlb etməliyəm. Çünki digər illərə düşən hissəsi sanki avansdır. Həm də gəlir anlayışıyla uyğun gəlmir, gəlir kimi tanıyam. Gəlir anlayışında deyir ki, təqdim edilmə olmalıdır. Amma mən əldə etdiyim 3 illik gəlirin yalnız bu ilə düşən hisssəsində təqdim edilmə var. Xahiş edirəm, siz də münasibət bildirəsiniz. Mən öncədən əldə etdiyim bütün 3 illik gəliri 2023-cü ilə daxil etməliyəm ya 2023-cü ilə düşən hissəsini?
Cavab: Bildiririk ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilmə vaxtı Vergi Məcəlləsinin 132-ci maddəsi ilə, xərcin çəkilməsi vaxtı isə Vergi Məcəlləsinin 133-cü maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə əsasən borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Buna əsasən müraciətdə göstərilən halda, icarə haqqından gəlir əldə edən hüquqi şəxs tərəfindən bir neçə hesabat dövrünü əhatə edən icarə haqqı məbləğləri əvvəlcədən alındığı halda, hesabat dövrü üzrə vergitutulan gəlirlərə yalnız həmin il üçün hesablanan icarə haqqının məbləğləri daxil edilir.

Əsas: Vergi Məcəlləsinin 132-ci və 133-cü maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər