İştirak payının satılması zamanı elektron qaimə-faktura tərtib olunmalıdır?

İştirak payının satılması zamanı elektron qaimə-faktura tərtib olunmalıdır?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual:  Şirkət ona məxsus olan iştirak payını satır. Bu zaman alıcıya elektron qaimə-faktura yazmalıyıqmı? Yazmasaq cəriməsi varmı?

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su hesab edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Malların təqdim edilməsi zamanı mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir.

Buna əsasən müraciətdə göstərilən halda, şirkət tərəfindən vergi orqanında uçotda olan şəxsə iştirak payının təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci və 71-1-ci maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər