İşəgötürən daxili yarışmaya görə işçiyə pul mükafati verərsə, həmin məbləğ vergidən azaddır?

Suala Dövlət Vergi Xidməti aydınlıq gətirir

Sual: Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bəs bu maddədə qeyd olunanlara müəssisə tərəfindən öz işçiləri arasında keçirilən bilik yarışlarından əldə edilən uduşlar (natura və yaxud pul şəklində) aiddir? Həmin uduşlara hansı azadolmalar verilir?
Cavab:  Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri gəlir vergisindən azaddır. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən, işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlir hesab edilir.

Bununla yanaşı, Mülki Məcəllənin 1082-ci maddəsinin müddəalarına əsasən, müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır. Bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər.

Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.

Göstərilənləri nəzərə alaraq, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından sorğuda qeyd olunan bilik yarışının keçirilməsi ilə bağlı elan, yarışın iştirakçıları barədə məlumat, yarışın şərtləri, yarışın keçirilməsi ilə bağlı digər izahatlar və təsdiqedici sənədlər ilə birlikdə vergi ödəyicisi tərəfindən uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri, Mülki Məcəllənin 1082-ci maddəsi

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər