Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Texnologiyalar parkının rezidenti əməkhaqqından tutulmaları necə həyata keçirilir?

  • Əsas səhifə
  • Sual-cavab
  • 0 Komment
  • 07 Avqust 2023

Texnologiyalar parkının rezidenti əməkhaqqından tutulmaları necə həyata keçirilir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: 2023-cü il yanvarın 1-dən etibarən texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən gəlirlərindən gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasında yeni metodlar tətbiq edilir. Bununla bağlı müəssisəmizin texnologiyalar parkının rezidentlik şəhadətnaməsi alması ərəfəsində olduğunu nəzərə alaraq yuxarıda qeyd edilən dəyişikliklərlə bağlı əməkhaqqından tutulmalara aid aşağıda qeyd etdiyimiz suala Dövlət Vergi Xidmətinin yanaşmasını bildirməyinizi xahiş edirik:

Misal: Neft-qaz sektorunda fəaliyyətdə olan şirkətdə əməkdaşın muzdlu işdən aylıq gəliri 9.000 manat, həyatın yığım sığortası müqaviləsi isə aylıq 3.660 manat təşkil edir. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq həyatın yığım sığortası üzrə işçinin aylıq əməkhaqqından 3.000 manat çıxılır və sığorta şirkətinə ödənilir. Bu halda, hesablama aşağıdakı kimidir:

Gəlir vergisi: - ((9000 – 3000 - 2500) x 25%) + 350 = 1225 manat;

Sığortaedənin vəsaiti hesabına ödənilən MDSS: - (9000 - 3000) x 3% = 180 manat;

Sığortaolunanın gəlirlərindən tutulan MDSS: - (9000 - 3000) x 22%=1320 manat.

Həyatın yığım sığortasına köçürülən məbləğ: - 3000 + 3000 x 22% = 3660 manat. Texnologiyalar parkının rezidenti statusu aldıqdan sonra hesablama necə aparılacaq?

Cavab: Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, muzdlu işdən əldə edilmiş aylıq gəlirin 8000 manatadək olan hissəsi 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir, qalan vergiyə cəlb olunan digər məbləğdən isə həyatın yığım sığortasına ayrılan məbləğ çıxıldıqdan sonra qalan məbləğdən 5 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Eyni zamanda, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə məcburi dövlət sosial sığorta haqqından azadolma sığortaolunanın gəlirlərinə münasibətdə tətbiq edildiyindən və fiziki şəxslər Qanunun 14.8-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etdiyi təqdirdə, məcburi dövlət sosial sığorta haqqı sabit məbləğdən, yəni minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablandığından, Qanunun 14.8-ci maddəsi tətbiq edildikdə fiziki şəxslərin həyatın yığım sığortası üzrə nəzərdə tutulan sığorta haqqından azadolma hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    15 Sentyabr 202610:19

    ƏMAS platformasında YENİLİK: Əmrlər üzrə reyestr məlumatları ayrıca bölmədə təqdim olunur

    15 Sentyabr 202607:26

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?

    14 Sentyabr 202617:54

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi

    14 Sentyabr 202610:01

    Ezamiyyətdə olan işçiyə hansı hallarda istirahət və ya bayram gününə görə əməkhaqqı ikiqat məbləğdə hesablanmalıdır?

    Populyar məqalələr

    04 Sentyabr 202610:32

    YENİLİK! Mühasiblərin diqqətinə: Vergi orqanından başqa, digər dövlət qurumu da kameral yoxlama mexanizmi tətbiq edəcək

    02 Sentyabr 202610:45

    ƏMAS platformasında işəgötürən və işçilərin xeyrinə yenilik

    04 Sentyabr 202614:52

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi

    04 Sentyabr 202613:51

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Məqalələr

    ƏMAS platformasında YENİLİK: Əmrlər üzrə reyestr məlumatları ayrıca bölmədə təqdim olunur.

    • 15 Sentyabr 2026

    Məqalələr

    İş ilinin ilk yarısında işçinin staja görə əlavə məzuniyyət hüququ yaranırsa, hesablama necə həyata keçirilir?.

    • 15 Sentyabr 2026

    Sosial

    Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir - 30 faiz tələbi müəyyən edildi.

    • 14 Sentyabr 2026

    Məqalələr

    Ezamiyyətdə olan işçiyə hansı hallarda istirahət və ya bayram gününə görə əməkhaqqı ikiqat məbləğdə hesablanmalıdır?.

    • 14 Sentyabr 2026

    Məqalələr

    Narkoloji müayinə və sağlamlıq arayışı ilə bağlı hansı inzibati cərimələr tətbiq olunacaq?  (MİSALLARLA İZAH).

    • 11 Sentyabr 2026

    Məqalələr

    Natamam iş vaxtında nahar fasiləsi müəyyən edilməyə bilər?.

    • 10 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda bayramdan öncəki gün iş vaxtı bir saat azaldılmalıdır?.

    • 09 Sentyabr 2026

    Sosial

    Saxta xəstəlik sənədləri əsasında müavinət ödənişləri: cinayət işi açılıb.

    • 09 Sentyabr 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əməkhaqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 08 Sentyabr 2026

    Məqalələr

    İş vaxtının cəmlənmiş uçotunda üçüncü tələb olan istirahət günləri necə tənzimlənir?.

    • 07 Sentyabr 2026

    Məqalələr

    ƏMAS-da YENİLİK: Elektron xəstəlik vərəqələri üzrə yeni funksionallıq istifadəyə verildi.

    • 04 Sentyabr 2026

    Sosial

    Kəmalə Yusifovanın təqdimatında: Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti - Yeni qaydalar.

    • 04 Sentyabr 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur