Elektron qaimə-fakturada texniki səhv olaraq müqavilədən və təhvil-təslim aktından fərqli məbləğ qeyd edildikdə, necə düzəliş edilir?

Elektron qaimə-fakturada texniki səhv olaraq müqavilədən və təhvil-təslim aktından fərqli məbləğ qeyd edildikdə, necə düzəliş edilir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: 2022-ci ildə elektron qaimə-faktura verilib. Qaimədə yazılan malın adında xırda bir səhvlik olub. Borunun ölçüsü 4.5 metr olduğu halda, texniki səhv olaraq 4 metr göstərilib. Ancaq istər müqavilədə, istər qiymət razılaşdırma protokolunda, istərsə də təhvil-təslim aktında və hesab fakturada, ciddi hesab blankında malın ölçüsü 4.5 metr yazılıb. Qeyd edilənləri nəzərə alaraq, bu bizə hər hansı problem yarada bilərmi?

Cavab:  Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə tənzimlənir. Həmin qaydaların 3.6-cı yarımbəndinə əsasən, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Əlavə olaraq bildiririk ki, həmin qaydaların 3.8-ci yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər