Birja əməliyyatlarından gəlir əldə edən şəxs 20 yoxsa 14 faizlə vergi ödəməlidir?

Birja əməliyyatlarından gəlir əldə edən şəxs 20 yoxsa 14 faizlə vergi ödəməlidir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Qlobal birjalarda, yaxud Azərbaycanda fəaliyyət göstərən bankların həyata keçirdiyi qiymətli kağızlar hərracında alğı-satqı zamanı qazandığım pulun vergisini verməliyəm?

Cavab: Birja əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu və 101-ci maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər