İşçi üçün həyat yığım sığortası ödənildikdə güzəşt məbləği də nəzərə alınmalıdır?

İşçi üçün həyat yığım sığortası ödənildikdə güzəşt məbləği də nəzərə alınmalıdır?

Dövlət Vergi Xidməti bu suala aydınlıq gətirir

Sual: Salam. Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Sual belədir: Dövlət qurumunda çalışan, 3000 manat "GROSS" əməkhaqqı alan işçi müharibə veteranı olduğu üçün vergi tutulmalı aylıq gəliri 400 manat azaldılmışdır. Lakin, Həyat yığım sığortası müqaviləsinə əsasən onun əmək haqqının 45% (icazə verilən limit) yəni 1350 manatı həyat yığım sığortasına yönəldilir. VM 102.1.8-ə əsasən isə (3000-400)*50% hissəsi yəni 1300 manatı gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddırsa, o zaman burda yaranan 50 manat fərq cəlb edilməlidirmi?
Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi (sorğunuzda 1300 manat) çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır. 

Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər