Hansı şəxslərə hesablanan məzuniyyət haqqı gəlir vergisindən azad edilir?

Hansı şəxslərə hesablanan məzuniyyət haqqı gəlir vergisindən azad edilir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Bildirirəm ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən hakimlərə ödənilən bütün növ ödənişlər ((vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla)) gəlir vergisindən azaddır. Bilmək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası"na əsasən hakimlərə hesablanmış məzuniyyət haqqından gəlir vergisi tutulmalıdır?

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinin müddəalarına əsasən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azaddır. Göründüyü kimi, hakimlərə ödənilən vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlardan başqa bütün ödənişlər, habelə məzuniyyət haqları gəlir vergisindən azaddır.

Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”na əsasən hakimlərə hesablanmış məzuniyyət haqları gəlir vergisindən azaddır.

 Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”.

0 Komment

    Şərh yazın