Əvəz Quliyev: " Vergi Məcəlləsi ilə verilən güzəştlər bəzi bəzi media subyektlərinə şamil olunur"

Əvəz Quliyev: " Vergi Məcəlləsi ilə verilən güzəştlər bəzi bəzi media subyektlərinə şamil olunur"

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə 2023-cü il yanvarın 1-dən media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” proqramında bununla bağlı bəzi məsələlərə aydınlıq gətirib.

- Əvəz müəllim, öncə bu dəyişikliyin ümumilikdə mahiyyətinə bir nəzər salaq. Media subyektlərinə vergi güzəşt və azadolmaları hansı məqsədlə verilir və hansı media subyektlərinə aid olunur?

- Bayaq da qeyd etdiyim kimi, “Media haqqında” Qanunda media subyektlərinin anlayışları verilib. Bu media subyektləri audiovizual media subyektlərinə, onlayn media və çap media subyektlərinə bölünür. Vergi Məcəlləsi ilə verilən güzəştlər isə audiovizual media subyektləri istisna olmaqla, digər media subyektlərinə şamil olunur. Yəni audiovizual media subyektləri dedikdə qanunun məqsədləri üçün televiziya və radio yayımını həyata keçirən şəxslər nəzərdə tutulur. Bu vergi güzəştləri audiovizual media subyektlərinə aid edilmir. Güzəştdən onlayn və çap media subyektləri, eyni zamanda informasiya agentlikləri faydalana bilir.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər