YENİLİK! 1 yanvar 2023-cü ildən hansı vergi ödəyicilərinin baş mühasibi və ya HR-ının əmək haqqısından sosial ayırma FƏRQLİ formada hesablanacaq?

YENİLİK! 1 yanvar 2023-cü ildən hansı vergi ödəyicilərinin baş mühasibi və ya HR-ının əmək haqqısından sosial ayırma FƏRQLİ formada hesablanacaq?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Salam. Şirkət 2023 - cü ilin Yanvar ayinin 5-i Texnologiya parkına qeydiyyat üçün müraciət etmişdir. 2023-cü ilin Fevral ayının 10 - u Texnologiya parkının rezidenti kimi (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxs) qeydiyyata alınmışdır. Sual : 1. Şirkət 2023 - cü ildə, DSMF haqqında qanunun 14.8 maddəsini tətbiq ede bilərmi? 2. DSMF haqqında qanunun 14.8 maddəsi həmin şirkətdə çalışan bütün işçilərə şamil edilirmi? Yəni, direktor, mühasib, inzibatçı, hüquqşünas və s. işçilərə də bu güzəşt tətbiq oluna bilərmi?

Cavab: Birinci sual ilə bağlı bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.

Göründüyü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi hər il yanvar ayının 15-dək növbəti təqvim ili üçün seçimi barədə yazılı məlumatı təqdim etməklə, yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etməklə seçim hüququ tətbiq edilə bilir.

Buna əsasən sorğuda qeyd olunan halda, texnologiyalar parkının rezidentlik statusu yanvar ayının 15-dən sonra əldə edildiyi təqdirdə həmin il üçün məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödənilməsi hüququndan istifadə edilməsi yeni işəgötürülən şəxslərə münasibətdə tətbiq edilə bilər.

İkinci sualla bağlı bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.8-ci maddəsində nəzərdə tutulan güzəşt hüququ əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidentlik statusu almış şəxsin bütün işçilərinə münasibətdə tətbiq olunur.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

Satışda olan YENİ nəşrlərimiz:

 

0 Komment

    Şərh yazın

    Xəbərlər