Qarabağda çalışan muzdlu işçilər 2023-cü il yanvarın 1 dən etibarən 10 il müddətində gəlir vergisindən azad ediləcək?

Qarabağda çalışan muzdlu işçilər 2023-cü il yanvarın 1 dən etibarən 10 il müddətində gəlir vergisindən azad ediləcək?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Dəyişikliklərə əsasən, "227.1 İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1 dən etibarən 10 il müddətində mənfəət (gəlir) vergisindən azaddırlar" dedikdə fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin gəlir vergisindən (Maddə 101) azad olunması düşünülürmü?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Bununla yanaşı, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən sözügedən azadolmalar işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən fiziki şəxslərin həmin ərazilərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyətlərinə münasibətdə tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 226-cı və 227-ci maddələri.

 Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın