İşçi işəgötürənə fərdi sahibkar kimi elektron qaimə-faktura təqdim edə bilər?

İşçi işəgötürənə fərdi sahibkar kimi elektron qaimə-faktura təqdim edə bilər?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual:  Hər hansı bir kommersiya şirkətində muzdla çalışan Azərbaycan Respublikasının vətəndaşı eyni zamanda Fərdi Sahibkarlıq subyekti olaraq (VÖEN-ə malik fiziki şəxs olaraq) muzdla çalışdığı müəssisə ilə müqavilə bağlayaraq e-qaimə ilə mal, iş, xidmət təqdim edə bilərmi?

Cavab: Bildiririk ki, hüquqi şəxsin muzdlu işçisindən hər hansı mal (iş və ya xidmət) almasın qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 14-cü maddəsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir.

Həmin maddəyə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Vergi Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən isə bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabeliyində və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətində olduqda belə şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunurlar.

Sorğunuzda qeyd olunan halda işəgötürən şəxsə tabeliyində olan işçi əmlakı təqdim etdikdə vergilər bazar qiyməti ilə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 14.1-ci, 14.3-cü və 18.2.2-ci maddələri.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın