Vergi ödəyicisi ilin son 3 ayında 200 000 manatlıq dövriyyəni keçdiyi halda, 9 ay üçün 75 faizlik güzəştdən istifadə edə bilər?

Vergi ödəyicisi ilin son 3 ayında 200 000 manatlıq dövriyyəni keçdiyi halda, 9 ay üçün 75 faizlik güzəştdən istifadə edə bilər?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual: Vergi ödəyicisi 2022-ci ilin son 3 ayında ƏDV ödəyicisi olub. Onda əvvəlki aylarda isə mikrosahibkar kimi fəaliyyət göstərib. Mənfəət bəyannaməsi təqdim edərkən, mikrosahibkar kimi 9 aylıq hesabatda güzəştdən necə yararlanmaq olar?

Cavab: Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Sorğunuzda qeyd olunan halda hüquqi şəxsin illik gəliri 200.000 manatdan yuxarı olduğu üçün mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəlmir və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştindən istifadə edə bilməz.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər