İşçiyə ödənilən maddi yardımdan sosial ayırma, işsizlikdən sığorta və icbari tibbi sığorta necə hesablanmalıdır?

İşçiyə ödənilən maddi yardımdan sosial ayırma, işsizlikdən sığorta və icbari tibbi sığorta necə hesablanmalıdır?

Dövlət Vergi xidməti suala aydınlıq gətirir

Sual: Salam. İşçiyə maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verilən maddi yardım sığortaolunan və sığortaedən tərəfindən DSMF, icbari və işsizlik üzrə sosial tutulmalara cəlb olunurmu?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Sorğunuzda qeyd olunan maddi yardımın vergi və məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları hesablanır.

Bunlardan əlavə, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

İşsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır. 

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Sığortaedən tərəfindən ödənilən işsizlikdən sığorta haqqı ilə sığortaolunanın ödədiyi işsizlikdən sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər.

Həmçinin bildiririk ki, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər sığortaedən nə sığortaolunan üzrə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunan gəlirlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109.3-cü və Əmək Məcəlləsinin 157-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0 Komment

    Şərh yazın

    Xəbərlər