Şəhid övladına 1200 (800 +400) manat məbləğində güzəşt tətbiq edilməlidir?

Şəhid övladına 1200 (800 +400) manat məbləğində güzəşt tətbiq edilməlidir?

Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

Sual:  Vergi Məcələsinin ( 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının--400 manat azadolma) və ( 102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır) bu iki maddəsində nəzərdə tutulan hər iki azadolma mənə aiddirmi? Yekunda mənim muzdlu işlə əlaqədar vergiyə cəlb olunan gəlirimin 1200 (800+400) manat olan hissəsi vergidən azaddırmı?
Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər