Vergi güzəştləri bütün İT mütəxəssislərinə tətbiq ediləcək?

Vergi güzəştləri bütün İT mütəxəssislərinə tətbiq ediləcək?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Prezidentin 27 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən bəzi vergi ödəyicilərinə fərqli yanaşmalar tətbiq edilib.

Qeyd edilən dəyişikliklərlə bağlı ən çox rast gəlinən suallardan biri Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərin informasiya texnologiyaları sahəsində ixtisaslaşan vergi ödəyicilərinin hamısına tətbiq edilib-edilməməsidir? Əvvəlcə Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə edilən dəyişikliyə diqqət yetirək. Vergi Məcəlləsinin 13.2.53-cü maddəsinə ““və ya texnologiyalar parkından kənar” sözləri əlavə edilib.  Məcəllənin 13.2.53-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti)) tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Suala cavab olaraq bildirək ki, vergi azadolmaları yalnız texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxs və ya fərdi sahibkarlara şamil ediləcək.

Mİsal 1. Bankla bağlanın müqavilə əsasında sistem inteqrasiyasını həyata keçirən və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olmayan fərdi sahibkara və ya hüquqi şəxsə vergi azadolmaları ilə bağlı güzəşt tətbiq edilməyəcək.

Mİsal 2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinə malik olub, amma texnologiyalar parkından kənar vergi ödəyiciləri üçün proqram təminatının hazırlanmasını həyata keçirən fərdi sahibkara və ya hüquqi şəxsə Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər şamil olunacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər