Müəssisənin təqdim edilməsi ilə bağlı hansı yeni dəyişikliklər tətbiq olunacaq?

Müəssisənin təqdim edilməsi ilə bağlı hansı yeni dəyişikliklər tətbiq olunacaq?

 

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Vergi Məcəlləsinin 160-cı maddəsində üç dəyişiklik həyata keçirilib. İlkin olaraq maddənin adı dəyişdirilib.  “Müəssisənin təqdim edilməsi” adlanan Vergi Məcəlləsinin 160-cı maddəsi 1 yanvar 2023-cü il tarixdən “Vergiyə cəlb edilməyən əməliyyatlar, o cümlədən müəssisənin təqdim edilməsi” adlanır. Artıq maddədə təkcə müəssisənin yox, hətta daşınmaz və daşınar əmlakla yanaşı, qeyri-maddi aktivlərin də təqdim edilməsinə aydınlıq gətirilib.

Digər iki dəyişiklik isə, Vergi Məcəlləsinin 160.4-cü maddəsinə edilib.  Belə ki, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, daşınar əmlak və qeyri-maddi aktivlərin dövlət müəssisələrinə təqdim edilməsi - qanunvericiliklə müəyyən edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara və ya dövlət qurumlarına əvəzsiz halda verilməsi halında həmin əməliyyat ƏDV tutulan əməliyyat sayılmır.

Sonuncu dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılmış fondlarla bağlıdır. Vergi Məcəlləsinin 160.4-cü maddəsində edilən dəyişikliyə əsasən,  hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi ƏDV baxımdan vergi tutulan əməliyyat sayılmayacaq.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Prezident Fərmanında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 160.4-cü maddəsinə uyğun olaraq, ictimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Vergi Məcəlləsinə dəyişiklərlərin təsdiqi ilə bağlı Qanunun keçid müddəasında qeyd edilib ki, Qanunun 1.31.2-ci maddəsi (ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara münasibətdə) 2022-ci il yanvarın 1-dən tətbiq edilir. Yəni, hüquqi və ya fiziki şəxslər tərəfindən 2022-ci ildə Prezident tərəfindən təsdiq edilən siyahıda olan Fonda daşınmaz əmlak verildiyi halda, təqdim edilən əmlakın dəyəri ƏDV baxımdan vergi tutulmayan əməliyyat hesab edilir.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər