Bank əməliyyatının düzgün həyata keçirilməməsinə görə yeni maliyyə sanksiyası tətbiq ediləcək?

Bank əməliyyatının düzgün həyata keçirilməməsinə görə yeni maliyyə sanksiyası tətbiq ediləcək?

Satışı yekunlaşmaqda olan “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Öncəki bölmələrdə qeyd etdik ki, Vergi Məcəlləsində gözlənilən dəyişikliklər nəticəsində 1 oktyabr 2023-cü il tarixdən etibarən vergi orqanı tərəfindən bank hesabının açılması məqsədilə vergi ödəyicisinə təqdim edilən şəhadətnamə-dublikat ləğv edilir. Vergi Məcəlləsinin 58.11-ci maddəsi şəhadətnamə-dublikat alınmadan bank hesabına açılmasına görə tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı olduğu üçün, Vergi Məcəlləsində edilən dəyişiklik nəticəsində həmin maddə yeni redaksiyada təklif olunub.

Vergi Məcəlləsinin 1 oktyabr 2023-cü il tarixdən qüvvəyə minəcək 58.11-ci maddəsinə əsasən,  sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya bank əməliyyatı aparan qeyri-rezident şəxslərdə açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58.11-ci maddəsi vergi ödəyicisinin qeyri-rezident şəxslərdə açılmış hesabları üzrə əməliyyatları üzrə maliyyə sanksiyasını tənzimləyir.  Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 1 oktyabr 2023-cü il tarixdən qüvvəyə minəcək 16.1.11-ci maddəsinin yeni redaksiyasında  qeyd edilir ki,  sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident kredit təşkilatlarında və ya qeyri-rezident bank əməliyyatı aparan şəxslərdə açılmış hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formada məlumatı vergi orqanına təqdim etməlidir.

Misal 1. Vergi ödəyicisi 2 oktyabr 2023-cü ildə Gürcüstanda yerləşən qeyri-rezident bankda hesab açıb, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş formanı vergi orqanına təqdim etmədən hesabına 4000 dollar vəsaiti daxil olub. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri nəticəsində bu hal aşkar olunarsa, vergi ödəyicisinə həmin mədaxilin, yəni 4000 dolların manat ekvivalenti qədər maliyyə sanksiyası tətbiq ediləcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər