Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitin taleyi necə olur?

Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitin taleyi necə olur?

Satışına START verilən “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Nazirlər Kabinetinin ƏDV depozit hesabı ilə bağlı müvafiq qaydalarının 5-ci maddəsi “ƏDV qeydiyyatının ləğvi, vergi ödəyicisinin ləğvi və yenidən təşkili ilə bağlı ƏDV sub-uçot hesabları üzrə əməliyyatların aparılması” adlanır. Əvvəlcə vergi ödəyicsinin ƏDV qeydiyyatının ləğvi halını nəzərdən keçirək. Qaydaların 5.1-ci bəndinə əsasən, vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi onun ƏDV sub-uçot hesabından istifadəsinin məhdudlaşdırılması üçün əsasdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan və sonradan bu sub-uçot hesabına daxil olan pul vəsaitləri dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

Misal. Vergi ödəyicinin ƏDV depozit hesabında 10 000 manat məbləğində ƏDV və təqdim edilən elektron qaimə-faktura üzrə 2000 manat məbləğində ƏDV debitor borcları var. Vergi ödəyicisi ƏDV qeydiyyatının ləğvi ilə bağlı vergi ödəyicisinə müraciət edib. Vergi orqanı tərəfindən ƏDV qeydiyyatının ləğvi təsdiq edildikdən sonra 10 000 manat məbləğində vəsait dövlət büdcəsinə ödənildiyi üçün şəxsi hesab vərəqəsində qeyd edilir. ƏDV üzrə 2000 manatlıq debitor borc tam və ya qismən ödənildiyi halda birbaşa şəxsi hesab vərəqəsində əks etdiriləcək. Təbii ki, vergi ödəyicisinin həmin dövrə digər vergilər üzrə borc öhdəlikləri varsa, onun azaldıması, əks halda isə artıq ödəmə kimi qeyd ediləcək.

Eyni proses vergi ödəyicisinin ləğv edilməsi prosesinə də tətbiq ediləcək. Belə ki, qaydaların 5.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bu qaydalara uyğun olaraq, dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

Digər maraqlı məqam isə hüquqi şəxsin birləşmə, qoşulma və ya bölünməsi nəticəsində ləğv edilməsidir. Qaydaların 5.3-cü bəndinə əsasən, hüquqi şəxs birləşmə, qoşulma və bölünmə nəticəsində ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına və ya dövlət büdcəsinə köçürülür. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda isə onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bölünmə balansına uyğun olaraq, yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına köçürülə bilər.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

 

 

0 Komment

    Şərh yazın