Vergi ödəyicisi malların təhvil-təslim prosesinin rəsmiləşdirilməməsi məsuliyyətə səbəb olur?

Vergi ödəyicisi malların təhvil-təslim prosesinin rəsmiləşdirilməməsi məsuliyyətə səbəb olur?

Dövlət Vergi Xidməti bu məsələyə aydınlıq gətirir


Müəssisə, vergi orqanında qeydiyyatda olan digər şəxsdən mal-material almış və həmin gün malların təhvil-təslimini aktlaşdırmışdır. Lakin satıcı tərəfindən elektron qaimə-faktura bir neçə gün gecikmə ilə təqdim edilmişdir. Bu halda vergi yoxlaması zamanı satıcı və alıcı təşkilatlar hansı məsuliyyət tədbirinə məruz qala bilərlər?

Dövlət Vergi Xidmətndən bildirilib ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən, həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur.

Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi nəzarəti tədbirləri keçirilənədək təqdim edilmiş mallara görə Vergi Məcəlləsinin 71-1-ci maddəsində müəyyən edilmiş müddətlərdən gec elektron qaimə-fakturanın verilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 71-1-ci maddələri.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər