Hansı vergi ödəyicilərinin dividend gəlirləri gəlir vergisindən azad edilir?

Hansı vergi ödəyicilərinin dividend gəlirləri gəlir vergisindən azad edilir?

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 102.1.11-1-ci maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilir.

Misal. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxs 2023-cü ilin nəticələrinə əsasən yaranan mənfəət üzrə 20 000 manat dividend elan edib. Bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki Vergi Məcəlləsinin 102.1.11-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirlər üzrə azadolma nəzərdə tutulub.

Maddə ilə bağlı bir məqamı da qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin digər fəaliyyətləri üzrə yaranan dividend gəlirləri üzrə güzəştlə bağlı xüsusi fərqləndirmə aparılmayıb. Fikrimizcə, bu, sırf texniki xarakterlidir, hüquqi şəxsin digər fəaliyyətlər üzrə dividend gəlirləri formalaşarsa, o zaman həmin gəlirə Vergi Məcəlləsinin  102.1.11-1-ci maddəsi üzrə güzəşt tətbiq edilməyəcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər