30 faizlik həddin gözlənilməsi ilə bağlı hansı yenilik var?
Satışı Uğurla davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə
Son dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi yeni redaksiyada təsdiq edilib. Vergi Məcəlləsinin yeni redaksiyada təsdiq olunan 218.6.2-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.
Bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir.
Maddənin yeni redaksiyasında diqqət çəkən 2 vacib məqam var.
Birinci məqam qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyərinin də rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların daxilinə aid ediməsidir. Qeyd edilən məqamla bağlı “Vergi uçotu: A-dan Z-yə” kitabının son nəşrində misal təqdim etmişdik. Həmin misalı nəzərinizə çatıdırırıq:
“Misal. Vergi ödəyicisinin 2020-ci ilin 2-ci rübü üzrə dövriyyəsi 40 000 manatdır. Elekton qaimə-faktura ilə rəsmiləşdirilməli dövriyyə isə 8000 manat təşkil edir. Vergi ödəyicisi xarici ölkənin qeyri-rezident şəxsinə 5000 manatlıq xidmət göstərib. Qeyri-rezidentə göstərilən xidmətin elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi mümkün deyil. O zaman xüsüsi çəki müəyyən edilərkən, xarici ölkənin qeyri-rezident şəxsinə təqdim edilən 5000 manatlıq xidmət nəzərə alınmalıdır?
Maddənin tələbləri baxımından xüsusi çəkini müəyyən etdikdə, cavab “Xeyr” olur, amma fikrimizcə, vergi orqanı bu halda qeyri-rezidentlə olan dövriyyəni də əsas götürəcək.”
Vergi Məcələsinə edilən son dəyişiklik nəticəsində artıq həmin məqama aydınlıq gətirilib ki, qeyri-rezident hüquqi və fiziki şəxslərlə aparılan əməliyyatlar rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların daxilinə aid edilməlidir.
İkinci məqam həm xidmət, həm də pərakəndə satış fəaliyəyti həyata keçirən vergi ödəyicisinə münasibətdə 30 faizlik tələbin necə müəyyənləşdirilməsidir.
Fikrimizi misalla izah edək.
Misal. Vergi ödəyicisi 2023-cü ilin 1-cü rübündə 50 000 manatlıq mallar təqdim edib. Həmin təqdimetmənin yalnız 10 faizi, yəni 5 000 manatı elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Həmin vergi ödəyicisi birincü rüb ərzində cəmi 2000 manatlıq xidmət göstərib ki, həmin xidmət də vergi ödəyicisinə göstərildiyi üçün elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Bu zaman vergi ödəyicisi 100 faiz vergi ödəyicisinə xidmət göstərdiyi üçün sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirəcək?
Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əlavə edilən ikinci abzasa əsasən, bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir. Yəni misalımıza uyğun olaraq, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirməyəcək. Cünki xidmət və pərakəndə ticarət fəaliyyəti üzrə cəmi təqdim edilən elektron qaimə-fakturanın dövriyyəsi ümumi dövriyyənin 30 faizindən azdır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]
1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023
2. Əmək Qanunvericiliyi Toplusu 2023
3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023
4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023
5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022
6. Mühasibat uçotu 2022
7. ƏMAS platforması A-dan - Z-yə 2022
0 Komment
Şərh yazın