Yeni dəyişiklik nəticəsində 5 illik vergi borcunun alınmasında nələr dəyişdi?

Yeni dəyişiklik nəticəsində 5 illik vergi borcunun alınmasında nələr dəyişdi?

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

1 yanvar 2023-cü il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik idilər.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 85.4-cü maddəsində qeyd edilən 5 il müddətin başlanma tarixinə fərqli yanaşma tətbiq edilir. Dəyişikliyə əsasən, vergi ödəyicisində səyyar vergi yoxlaması keçirilibsə, o zaman əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən 5 il ərzində tutmaq hüququna malikdirlər.

Maddənin tələbini misalla izah edək.

Misal. Vergi orqanı 2023-cü ildə keçirdiyi səyyar vergi yoxlama zamanı vergi ödəyicisinin 2020-cü ilin mənfəət vergisi üzrə əlavə olaraq 50 000 manat vergi hesablayıb. Dəyişikliyə qədər vergi orqanı vergi ödəyicisindən həmin məbləği 31 mart 2021-ci il tarixindən etibarən 5 il ərzində tutmaq hüququna malik idisə, yeni dəyişikliyə əsasən, müddət 2023-cü ildə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən başlayaraq 5 il hesablanır.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

0 Komment

    Şərh yazın