Hansı halda anbardan malların təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək?

Hansı halda anbardan malların təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək?

Satışı davam edən “Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023” kitabından seçmə

1 yanvar 2022-ci il tarixdən etibarən Vergi Məcələsinin 58.13-cü maddəsinə edilən dəyişikliyə əsasən,  topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə  görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiqi bəzi vergi ödəyicilərinin narazılığına səbəb olmuşdu.  Mks.az saytının 5 mart 2022-cil tarixdə keçirdiyi Vergi Məcəlləsində edilən son dəyişikliklərə bağlı seminarında tanınmış vergi mütəxəssisi Teymur Tuncay elektron ticarət qaydasında anbarlardan malların təqdim edilıməsi zamanı Vergi Məcəlləsinin 58.13-cü maddəsi üzrə maliyyə sanksiyasının tətbiq olunması məsələsini Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin diqqətinə çatdırmışdı. Sevindirici haldır ki, 1 yanvar 2023-cü ildən tətbiq edilən dəyişikliklərdə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi zamanı elektron ticarət qaydasında anbardan malların təqdim edilməsi istisna hal kimi nəzərdə tutulur.

Beləliklə, Vergi Məcəlləsinin 58.13-cü maddəsində maliyyə sanksiyasının tətbiq ediləcəyi əməliyyatlar içərisində elektron ticarət qaydasında satılan malların pərakəndə satış obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olunub.

Misal. Vergi ödəyicisi ətir məhsullarının ənənəvi pərakəndə satışı ilə yanaşı, onlayn satışını da həyata keçirir, elektron ticarət qaydasında sifarişləri qəbul edərək malların anbardan birbaşa vətəndaşa təqdim edilməsini həyata keçirir. Malların anbardan təqdim edilməsinə baxmayaraq vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilməyəcək.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 202

0 Komment

    Şərh yazın