İcarə haqqından ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma tarixi necə müəyyən ediləcək?

İcarə haqqından ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma tarixi necə müəyyən ediləcək?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi uçotu: A-dan Z-yə” (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 150.5-ci maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilir:
- vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt (Maddə 150.5.1.);
- vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt (Maddə 150.5.2.);
Vergi Məcəlləsinin 150-ci maddəsinin adı dəyişdirilib. Belə ki, maddənin adına “vaxtı” sözünün əlavə edilməsi nəticəsində maddənin adı “Ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası” adlandırılıb. Vergi Məcəlləsinin 150.5-ci maddəsində icarə haqqına uyğun olaraq ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtının müəyyənləşdirilməsinin 2 halı qeyd edilib.
Birinci hal. Vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi vaxt ödəmə mənbəyində verginin tutulması vaxtı hesab edilir.
Mİsal 1. Vergi ödəyicisi yanvar ayı üzrə 400 manatlıq icarə haqqının ödənişini 5 fevral 2022-ci ildə həyata keçirib. Ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı nağd pul vəsaitinin ödənildiyi tarix - 05 fevral 2022-ci il olacaq.
İkinci hal. Vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) tarix ödəmə mənbəyində verginin tutulması vaxtıdır.
Mİsal 1. Vergi ödəyicisi qarşılıqlı razılaşmaya əsasən, fərdi sahibkara ödəməli olduğu fevral ayı üzrə 2 000 manatlıq icarə haqqının əvəzində mühasibatlıq xidməti göstərib. Vergi ödəyicisinə nağd və nağdsız qaydada ödəniş həyata keçirilməsə də, vergi ödəyicisi ilə fərdi sahibkar arasında qarşılıqlı hesablaşmalar aparılaraq maliyyə öhdəlikləri əvəzləşdirildiyi üçün öhdəliyin əvəzləşdirildiyi tarix, yəni 28 fevral 2022-ci il tarixi ödəmə mənbəyində verginin tutulması vaxtı hesab ediləcək. Vergi ödəyicisi ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 2 000 manatlıq icarə haqqı üzrə ödəmə mənbəyindən vergini bəyan edəcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər